Müxalifətin təşkil etdiyi marafon baş tutmayiıb - FOTOLAR

16:44 | 28.06.2019
Müxalifətin təşkil etdiyi marafon baş tutmayiıb -  FOTOLAR

Müxalifətin təşkil etdiyi marafon baş tutmayiıb - FOTOLAR

Bu gün  Bakıda "Müsavat" partiyasının qərargahında müxtəlif maddələrlə cərimələnən müxalifət üzvlərinə yardım məqsədi ilə marafon keçirilib.

Saat 12:00-da başlayan marafon müxtəlif ictimai-siyasi xadimlərin iştirakı ilə davam edib. Marafonun işində AXCP sədri Əli Kərimli, Milli Şuranın  rəhbəri Cəmil Həsənli,  Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər,  sabiq millət vəkili Gültəkin Hacıbəyli və başqaları iştirak edib.  
 
Amma marafonun gedişi bir neçə mülki geyimdə olan polis əməkdaşı tərəfindən pozulub.  Marafon iştirakçıları Binqəqədi polisinə aparılıb. 

Bundan sonra, polislər Müsavat partiyasının qərərgahına daxil olaraq boşaldılmasını tələb edib. Marafon yarımçıq qalıb və təxirə salınıb.

Bir neçə saat Binqədədi polisində saxlanılanlanlar  daha sonra sərbəst buraxılıb.  Polis bildirib ki, qərargahda yürüş keçirildiyini düşünərək aksiyanı dayandırıb, aksiya iştirakçılarına xəbərdarlıq edib.

Marafondan hazırlanmış fotoları diqqətinizə təqdim edirik: 
 







 

Anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM