“Marsel” - “Qarabağ” oyununda erməni təxribatı - UEFA-ya şikayət /VİDEO

14:52 | 18.02.2022
“Marsel” - “Qarabağ” oyununda erməni təxribatı - UEFA-ya şikayət /VİDEO

“Marsel” - “Qarabağ” oyununda erməni təxribatı - UEFA-ya şikayət /VİDEO

Fransanın "Marsel" klubunun Azərbaycanın "Qarabağ” komandasını qəbul etdiyi "Velodrom” stadionundakı matç zamanı ölkənin erməni icması təxribat xarakterli aksiya keçirib,  bu barədə məlumatı "ARF New Generation" "Facebook" səhifəsi yayıb. Aksiya iştirakçıları Ermənistanın "Daşnaksütyun” partiyasının gənclər qanadının nümayəndələri olub.


Oyun zamanı ermənilər Ermənistan və separatçı "Dağlıq Qarabağ”ın bayrağını qaldırıb, həmçinin əllərində "Artsax Ermənistandır” yazılmış plakatlar tutublar.


Fransa erməniləri sosial şəbəkələrdə yazır ki, bu, sadəcə, futbol oyunu deyil, Azərbaycan hakimiyyətinə və "Qarabağ” komandasına qarşı fləşmobdur.
Bəzi fəallar həmyerliləri də oyuna dəvət ediblər. 


Artıq "Qarabağ" məsələ ilə bağlı UEFA-ya etirazını çatdırıb. Bu barədə klubun mətbuat katibi Gündüz Abbaszadə Fanat.Az-a açıqlamasında bildirib.


"Biz oyun ərzində və oyundan sonra UEFA nümayəndəsinə şifahi etirazımızı bildirdik. Bizə qarşı təxribat cəhdləri ilə bağlı quruma şikayətimizi yazılı şəkildə də ünvanlayacağıq".  


Marsel ermənilərin sıx məskunlaşdığı şəhərdir. Bunu nəzərə alan "Qarabağ" oyundan öncə mümkün erməni təxribatı məsələsi ilə bağlı UEFA-ya və "Marsel" klubuna müraciət edib. UEFA təhlükəsizliklə bağlı əlavə daha bir nəfər məsul şəxs ayırıb.


Oyun "Marsel"in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
//
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb