Maşın hərəkətindən enerji almaq üsulu – Şagirddən kəşf

12:15 | 22.05.2018
Maşın hərəkətindən enerji almaq üsulu – Şagirddən kəşf

Maşın hərəkətindən enerji almaq üsulu – Şagirddən kəşf

Bakı məktəblilərindən biri maraqlı işə imza atıb. Məktəbli alternativ enerji mənbələri ilə bağlı yeni layihə hazırlayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Fuad Qocayev ənənəvi enerji əldə etmək üsulundan fərqli bir metod irəli sürüb. F.Qocayev yaşayış binalarının ətrafında alternativ enerji mənbələri aşkar etmək üçün itkiyə gedən enerjini akkumulyatorlar vasitəsilə toplamaq üsulu üzərində çalışıb.

Yaşayış binalarının ətrafından keçən yollarda avtomobillərin hərəkətindən alınan mexaniki enerjinin elektrik enerjisinə çevrilməsi və akkumulyatorlar vasitəsilə toplaması üsulu layihənin əsasını təşkil edir. Məktəbli bunun üçün yeni qurğuların hazırlanması, onların fasiləsiz işləməsinin təmin edilməsi, alternativ enerji istehsalı və toplanması üçün təkliflər irəli sürüb. Mütəxəssislər tərəfindən yüksək dəyərləndirilən layihənin uğurlu inkişaf perspektivi üçün müvafiq işlər aparılır.

Qeyd edək ki, "Öz enerjisini özü yaradan evim” adlanan layihənin əsas məqsədi sərf olunan enerji resurslarının tükənməsinin qarşısını almaq, ekoloji tarazlığın qorunmasına töhfə vermək, ətraf mühitdə mümkün qədər daha çox alternativ enerji mənbələri aşkarlamaqdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM