Maşın qiymətinə ayaqqabı - FOTO

20:23 | 20.02.2014
Maşın qiymətinə ayaqqabı - FOTO

Maşın qiymətinə ayaqqabı - FOTO

Türkiyədə maşın qiymətinə ev ayaqqabısı hazırlanıb. ANS PRESS-in məlumatına görə, ayaqqabı Bursada, tarixi Kapalıçarşıda zərgərlik mağazalarından birinin vitrininə qızıl zinət əşyaları ilə yanaşı qoyulan ayaqqabı görənləri şoka salıb. Ayaqqabı 22 əyar qızıldan hazırlanıb. 400 qram çəkisi olan evayaqqabısının qiyməti isə 40 min lirədir (təqribən 18 min manatdır). Zərgərlik şirkətinin əməkdaşları hələlik ayaqqabının bir ədəd olduğunu, lakin tələb olarsa bütün ölçülərdə hazırlana biləcəyini deyiblər. Bu qızıl ayaqqabıdan qızlar üçün keçirilən xına mərasimlərində istifadə edilə biləcəyi qeyd edilib. Lakin müştəri cəlb etmək istəyən şirkətlər bununla kifayətlənmirlər. Belə ki, vitrinlərdə 20-10 min manat dəyərində olan çantalar da yer alır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM