Mübariz İbrahimov haqqında kitab çap olundu

22:13 | 29.11.2013
Mübariz İbrahimov haqqında kitab çap olundu

Mübariz İbrahimov haqqında kitab çap olundu

Tarixçi alim, Qarabağ veteranı Atamoğlan Məmmədlinin Milli Qəhrəman Mübariz İbrahimov haqqında pyesi çapdan çıxıb. 

ANN.Az-ın əməkdaşı kitabla bağlı Bakı Dövlət Universitetində Atamoğlan Məmmədli ilə görüşüb. “Şəhidlərə kəfən lazım deyil” adlı pyesi əməkdaşımıza təqdim edən alim onun ərsəyə gəlməsindən danışıb. Qeyd edək ki, pyesdə Milli Qəhrəmanın uşaqlıq dövründən Şəhidliyinə qədər yaşadıqları, həyat tərzi obrazların dili ilə canlandırlır.  Müəllif bu kitabı qələmə almaq üçün Mübariz İbrahimovun doğulduğu, böyüdüyü kənddə canlı şahidlərlə görüşüb. O cümlədən onun müəllimləri, məktəb və nəhayət hərbi xidmət yoldaşları ilə görüşərək şahidlərin dilindən xeyli məlumatlar toplayıb. 

Seymur

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM