Müdafiə Nazirliyində korrupsiya faktı: cinayət işi açıldı

23:12 | 21.11.2013
Müdafiə Nazirliyində korrupsiya faktı: cinayət işi açıldı

Müdafiə Nazirliyində korrupsiya faktı: cinayət işi açıldı

Müdafiə Nazirliyi üçün müvafiq tikinti işləri aparan bəzi şirkətlərin fəaliyyətində korrupsiya faktları aşkar edilərək barələrində cinayət işi açılıb.

Bu barədə Trend-ə hərbi mənbələrdən bildiriblər. Verilən məlumata görə, müdafiə naziri, genral-polkovnik Zakir Həsənovun əmri ilə nazirliyin Mənzil-İstismar İdarəsi ləğv edilib, idarənin rəisi polkovnik-leytenant Hafiz Əliyev isə xidmətini davam etdirmək üçün ixtisasına uyğun olaraq Naxçıvandakı hərbi birləşməyə göndərilib.

Bundan əlavə, nazirliyin müvafiq tikinti işlərini həyata keçirən bəzi şirkətlərin fəaliyyətində qanun pozuntuları aşkar edilərək barələrində cinayət işi açılıb. Onlar görülən işlərlə bağlı qiymətlərin süni şəkildə şişirdilməsində və korrupsiya cinayətlərində ittiham olunurlar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb