Mədəsində “xəzinə” daşıyan qadına yeni ittihamlar - VİDEO

13:36 | 10.01.2019
Mədəsində “xəzinə” daşıyan qadına yeni ittihamlar - VİDEO

Mədəsində “xəzinə” daşıyan qadına yeni ittihamlar - VİDEO

Ötən gün gömrük əməkdaşlarının Bakı-Moskva aviareysi ilə gedən Rusiya vətəndaşının üzərindən külli miqdarda zərgərlik məmulatları aşkarlaması barədə xəbər vermişdik.

Belə ki, sərnişinin daxili orqanında iki ədəd kiçik həcmli kisələr müəyyən edilmişdi.

Həmin kisələrə ayrı-ayrılıqda baxış keçirilərkən qızıldan hazırlanmış zərgərlik məmulatları - beş ədəd boyunbağı, beş ədəd üzük-sırğa cütü dəsti, bir ədəd kulon-üzük-sırğa cütü dəsti, dörd cüt sırğa və bir ədəd üzük aşkar edilib.

Anews.az-ın məlumatına görə, "Xəzər” televiziyasına müraciət edən Mingəçevir sakini həmin zinət əşyalarının bəzilərinin ona məxsus olduğunu iddia edib.

O bildirib ki, bir qadın onun oğlunun başına pis hadisə gələcəyini deyərək aldadıb, pulunu və qızıllarını alaraq aradan çıxıb. O, aldadılaraq əlindən alınan qızıllarını xəbərlərdə görərək tanıyıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb