Dəhşətli partlayışda ağır yaralananların adları açıqlandı - YENİLƏNİB

11:37 | 27.12.2014
Dəhşətli partlayışda ağır yaralananların adları açıqlandı - YENİLƏNİB

Dəhşətli partlayışda ağır yaralananların adları açıqlandı - YENİLƏNİB

Fatmayı kəndində yaşayış evində baş verən partlayış zamanı yaralananların adları açıqlanıb.
 
Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə nəticəsində yaralanan şəxslər 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Fərasət oğlu, 1999-cu il təvəllüdlü Kərimzadə Uğur Tərməz oğlu və 2013-cü il təvəllüdlü Kərimzadə Məhəmməd Məhərrəm oğludur.
 
Xəstəxanadan bildiriblər ki, baş vermiş partlayış nəticəsində vəziyyəti orta ağır qiymətləndirilən 2 nəfəri təcili yardımla Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna və Respublika Yanıq Mərkəzinə aparılıb.

 
 
 
 
***
 
Bu gün səhər saatlarda Abşeron rayonunda yaşayış mənzillərinin birində ev partlayıb.


Hadisə şahidlərinin Anspress-ə verdikləri məlumatda bildirilir ki, hadisə Fatmayi kəndində ərazisində qeydə alınıb. Hadisə nəticəsində 5 nəfər ev sakini ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, partlayış qaz sızması nəticəsində baş verib. Lakin hadisənin dəqiq səbəbləri bilinmir. Faktla bağlı araşdırmalar aparılır.
 
ANN.Az
 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM