Məhkəmə bildirişləri “WhatsApp”la göndəriləcək

15:45 | 23.10.2016
Məhkəmə bildirişləri “WhatsApp”la göndəriləcək

Məhkəmə bildirişləri “WhatsApp”la göndəriləcək

Sinqapurda məhkəmə mülki iddialar üzrə məhkəmə bildirişlərini "WhatsApp” messenceri vasitəsilə göndərməyə icazə verib.

ANN.Az ıctnews.az-a istinadən xəbər verir ki, bu yaxınlarda "R&D Pharmaceuticals” şirkətinin borc haqqında xüsusi şəxsə qarşı iddiası ilə əlaqədar belə hadisə qeydə alınıb.

Müqəssir Tan Çonq Min tərəfindən göstərilmiş ünvana dəfələrlə bildiriş göndərilsə də, heç bir nəticə əldə edilməyib, bundan sonra məhkəmə bildirişini "WhatsApp” vasitəsilə göndərməyə qərar veriblər.

Cari ilin mayında Sinqapur Ali Məhkəməsi mülki iddialar üzrə sənədləri elektron poçtun köməyi ilə göndərməyə icazə verib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM