• $
  • £

Məktəblər publik hüquqi şəxs olacaq

Məktəblər publik hüquqi şəxs olacaq
14.06.2024 18:54
Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiqlənib.Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Nümunəvi Nizamnaməyə əsasən, ümumi təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, "Təhsil haqqında”, "Ümumi təhsil haqqında” və "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə ümumi təhsil proqramlarını, habelə məktəbəhazırlığı həyata keçirən publik hüquqi şəxsdir.

Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, icra hakimiyyəti orqanı və dövlət adından yaradılan publik hüquqi şəxs tabeliyində ümumi təhsil müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla yaradır. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət tərəfindən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) təklifi əsasında onların tabeliyində ümumi 5 təhsil müəssisəsini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yaradır. Bələdiyyə tərəfindən ümumi təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.

Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları:
 
- Nümunəvi Nizamnamədən irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələrinin yeni nizamnamələrini iki ay müddətində təsdiq etməli;
 
- nizamnamələr təsdiq edildikdən sonra tabeliklərində olan ümumi təhsil müəssisələri
tərəfindən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirilməsini təmin etməli;
 
- Nümunəvi Nizamnamədə sonradan ediləcək dəyişikliklərdən irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələrinin nizamnamələrində dəyişiklikləri bir ay müddətində təsdiq etsinlər və bundan irəli gələrək tabeliklərində olan ümumi təhsil müəssisələri tərəfindən "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq zəruri hərəkətlərin beş gün müddətində həyata keçirilməsini təmin etməlidirlər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Lerikdə zəlzələ olub
Cəmiyyət 23:00
Lerikdə zəlzələ olub
Sumqayıtda evdə yanğın olub
Cəmiyyət 22:30
Sumqayıtda evdə yanğın olub
Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib
Cəmiyyət 21:30
Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib
Azərbaycanda ötən gün 8 odlu silah aşkarlanıb
Cəmiyyət 18:30
Azərbaycanda ötən gün 8 odlu silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verilib
Cəmiyyət 17:35
Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verilib
Sabah çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 16:12
Sabah çimərliklərdə hava necə olacaq?
Müştərinin çantasını oğurlayan şəxs tutulub
Cəmiyyət 15:52
Müştərinin çantasını oğurlayan şəxs tutulub
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Cəmiyyət 14:44
Qaxda iki maşın toqquşdu - Ölən və yaralananlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol