Məktəblilərin qış tətili bitir

12:00 | 31.01.2018
Məktəblilərin qış tətili bitir

Məktəblilərin qış tətili bitir

Ümumtəhsil məktəblərində tətildən sonra ilk dərslər fevralın 1-də olacaq.

Bu barədə anews.az-a Təhsil Nazirliyindən məlumat veriblər.

Məlumatda qeyd olunur ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

– 5 gün payız tətili (16-20 noyabr);

– 5 gün qış tətili (27-31 yanvar).

– İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili.

Qeyd edək ki, şagirdlərin növbəti istirahəti 8 Mart - Beynəlxalq Qadınlar Günü və Novruz bayramı günlərində olacaq. 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı hesab olunduğundan, 24 mart isə şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyündən 26 mart qeyri-iş günü olacaq. 

Buna görə də bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq və bununla əlaqədar şagirdlər ardıcıl olaraq həftənin yeddi günü istirahət edə biləcəklər.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb