"Məktəblinin dostu" layihəsinin maliyyələşməsi dövlət büdcəsinə aid deyil- Rüstəm Ağayev

11:38 | 18.01.2023

"Məktəblinin dostu" layihəsinin maliyyələşməsi dövlət büdcəsinə aid deyil- Rüstəm Ağayev

"Məktəblinin dostu" layihəsinin maliyyələşməsi dövlət büdcəsinə aid deyil. Bunu Təhsil Nazirinin müşaviri Rüstəm Ağayev Təhsil masasında bildirib.
 
"Ancaq sponsorlar və özəl şirkətlər tərəfindən maliyyə əldə edirik.  İşimiz daha çox Ailə Uşaq və Qadın komitəsi, Daxili İşlər Nazirliyi ilə birgə təlimlər keçirilir. Qida təhlükəsizliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə silsilə təlimlərimiz olub"- müşavir bildirib.
 
Yaşı 21-30 aralığında, Azərbaycan Respublikasının vətəndaşı olan  istənilən ali təhsilli şəxs məktəblinin dostu olmaq üçün müraciət edə bilər. Qaydalara uyğun olaraq, ilkin mərhələdə namizədlərin bilikləri test şəklində yoxlanır. Seçilən namizədlər müsahibə mərhələsinə buraxılırlar.

Müsahibə zamanı ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə malik olan namizədlərə üstünlük verilir. Müsahibədə uğur qazananlar təlimlərə cəlb olunurlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, bəzi namizədlər "Məktəblinin dostu” təyin edilir.

Müsabiqənin test mərhələsində namizədlərə 90 dəqiqə ərzində cavablamaq üçün 50 sual təqdim edilir. Onlar əsasən, Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti ilə  bağlı olur. Bu mərhələdə namizəddən məntiqi düşünmə qabiliyyəti tələb edən suallara da yer verilir.
 
Məktəblinin dostu” vəzifəsini yerinə yetirənlərə stabil maaş verilir.
 
Layihə Bakıda 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsi olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.
 
Aytac Zeynalova
 





 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb