MƏN: Pinəçi İbrahim: "Baxıram, həmyaşıdlarım tində oturur, mən isə sənətlə məşğulam"

15:10 | 26.05.2015
MƏN: Pinəçi İbrahim:

MƏN: Pinəçi İbrahim: "Baxıram, həmyaşıdlarım tində oturur, mən isə sənətlə məşğulam"

Yaradıcılığın istənilən növü maraqlı və cəzbedicidir. Çünki orda zəhmət və elmin sintezi var. 

Pinəçilik qədim peşələrdən biri hesab olunur. Əsas işi ayaqqabı tikmək olan bu sənətkarlardan da incəlik, məharət, ustalıq tələb olunur. Pinəçilər həm də mahir insan sərrafı hesab edilirlər. İstənilən geyinilmiş ayaqqabının formasına baxıb sahibinin necə bir adam olduğunu deyə bilirlər. Amma o pilləyə çatana qədər onlar xeyli təcrübə toplamalı, minlərlə ayaqqabı tikməli, yüzlərlə ayaqqabı təmir etməlidirlər.

Pinəçilik o qədər də asan peşə deyil, odur ki, bu sənətə gələnlərin sayı günü-gündən azalır. Gənclərin isə ümumiyyətlə. bu peşə maraq dairələrinə daxil deyil, sözsüz ki, bəzi istisnalarla. Amma ANN.TV-nin "MƏN" rubrikasının qəhrəmanı cavan oğlandır. Gənc oğlan bu sənətə özünün marağı olduğuna görə gəlib. 

Gəlin, cavan pinəçinin həyat hekayəsini onun öz dilindən eşidək.

Hazırladı: Aynur Məmmədova

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb