MƏN: Təndirçi Dilbər: "Çörəkdən çörək qazanmışam" - ANN.TV

13:25 | 22.05.2015
MƏN: Təndirçi Dilbər:

MƏN: Təndirçi Dilbər: "Çörəkdən çörək qazanmışam" - ANN.TV

İnsan sadəcə öz sənətindən, peşəsindən zövq almır. İşimiz-sənətimiz həm də bizi maddi asılılqdan, ehtiyacdan, kasıbçılıqdan xilas edən sosial təminatımızdır. Halal zəhmətlə çalışıb özünü, ailəsini saxlamaq, hər bir problemin öhdəsindən gəlmək, özgələrə möhtac olmamaq bu həyatda asan məsələ deyil. Həm də əgər bütün həyat keşməkeşlərinə sinə gərən qadındırsa...

"MƏN" rubrikasının qonağı təndirə çörək yapan qadındır - Dilbər xanım. 17 il çörəkçiliklə məşğul olan bu qadın sənətinin incəlikləri, sirrləri haqqında ürəkdolusu danışır. O, eyni zamanda ailəsini, övladlarını un, su, od birləşməsindən meydana çıxan məhsulla - çörəklə saxladığını, boya-başa yetirdiyini, evli-eşikli etdiyini qeyd edir. Övladlarını kimsəyə möhtac qoymadığına, bütün sevdiklərinin ətrafında olduğuna və hər gün həvəslə işə başladığına görə özünü xoşbəxt sayan bu qadın heç də asan tale yaşamadığını dilə gətirir.

ANN.TV-nin çəkiliş qrupu təndirçi Dilbər xanım haqqında hazırladığı video-süjeti oxuculara təqdim edirik. 

Hazırladı Aynur Məmmədova

 
 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb