"Məni bütün dünya istəyir" - İbrahimoviç

17:21 | 06.10.2018

"Məni bütün dünya istəyir" - İbrahimoviç

Hazırda karyerasını ABŞ-ın "Los-Anceles Qalaksi” klubunda davam etdirən Zlatan İbrahimoviç "Milan”a transfer olacağı haqda çıxan iddialara cavab verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, isveçli futbolçu bu haqda məlumatının olmadığını deyib:

"Milan"? Məni bütün dünya istəyir. Buna təəccüblənmirəm. "Milan” mənim karyeramboyu oynadığım ən böyük klubdur. "Milan”a transfer olunacağım barədə heç nə eşitməmişəm”.

İbrahimoviçin karyerası "Malmö”də başlayıb. Daha sonra "Ayaks”a keçən hücumçu, "Barselona”, "İnter”, "Milan”, "Yuventus”, PSJ kimi klubların şərəfini qoruyub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM