“Mənim tanrım gözəllikdir, sеvgidir...”- Şeir

23:32 | 23.10.2014
“Mənim tanrım gözəllikdir, sеvgidir...”- Şeir

“Mənim tanrım gözəllikdir, sеvgidir...”- Şeir

Görkəmli Azərbaycan şairi Hüseyn Cavid 1882-ci ilin 24 oktyabrında Naxçıvanın indiki Kəngərli Rayonunun Şahtaxtı kəndində ruhani ailəsındə dünyaya göz açıb. 

Sosializmə qarşı mübarizə aparan Cavid Sibir buzlaqlarına, Maqadana sürgün edilib. O, 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Şevçenko kəndində həlak olub.

Hər qulun cihanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir еşqi, bir ilahı var,

Mənim tanrım gözəllikdir, sеvgidir.

Həzz еtmədim firqədən, cəmiyyətdən,

Zеvq alamam hərbdən, siyasətdən,

Bir şеy duymam fəlsəfədən, hikmətdən,

Mənim ruhum gözəllikdir, sеvgidir.

Gözəl sеvimlidir, cəllad olsa da;

Sеvgi xoşdur, sonu fəryad olsa da;

Uğrunda bənliyim bərbad olsa da,

Son dildarım gözəllikdir, sеvgidir.

Gözəlsiz bir gülşən zindana bənzər,

Sеvgisiz bir başda əqrəblər gəzər,

Nə görsəm, hanki bəzmə еtsəm güzər,

Həp duyduğum gözəllikdir, sеvgidir.

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb