Mer uğrunda döyüş və Sarkisyanın biabır olduğu an – VİDEO/FOTO

10:45 | 15.05.2017
Mer uğrunda döyüş və Sarkisyanın biabır olduğu an – VİDEO/FOTO

Mer uğrunda döyüş və Sarkisyanın biabır olduğu an – VİDEO/FOTO

Azərbaycanın qızı İrəvanı qarışdırdı: mer uğrunda döyüş və Sarkisyanın biabır olduğu an.

Dünən İrəvan Ağsaqqallar Şurasında seçkilər keçirildi. Şəhər merinin seçilməsi uğrunda keçirilən seçkinin ilkin nəticələrinə görə, hakim Respublika Partiyası qabil gəlib.

Publika.az xəbər verir ki, gecə saat 02:15-ə olan məlumatda bülletenlərin 93 faizinin sayıldığı açıqlanıb.

 Nəticələrə görə, hakim partiya 71,07 faiz (227629) səslə tam qələbə çalıb. (Bu səslər arta da bilər).

Seçkidə hakim partiyanın namizədlər siyahısına hazırki mer Taron Markaryan başçılıq edirdi. "Çıxış” blokunun (21,2 faiz səs qazanıb) siyahısının rəhbəri deputat Nikol Paşinyan, "Yerkir Sirani” partiyasının (7,81 faiz səs qazanıb) siyahısının rəhbəri isə bu partiyanın lideri, keçmiş deputat Zarui Postandjyan idi. Həmçinin, seçkidə müstəqil namizədlər də mübarizə aparıb. Onlar arasında şahmatçı Smbat Lputyan da var idi.

Qeyd edək ki, İrəvan Ağsaqqallar Şurasına seçkilər proporsional qaydada keçirilir. Qanunvericiliyə görə, hansı partiyanın namizədləri şurada 50 faizdən çox yer alırsa, mer də həmin partiyanın seçki siyahısına rəhbərlik edən namizəd olur. Əgər heç bir partiya 50 faiz yer almırsa, o zaman mer şura üzvlərinin gizli səsverməsi yolu ilə seçilir.

Lakin görünür, Serj Sarkisyanın rəhbərlik etdiyi hakim Respublika Partiyası məsələni çətinləşdirmədən, əksər səsləri mənimsəmək qərarına gəldilər. Nəticələrə görə, İrəvanın meri Sarkisyanın namizədi olan Taron Markaryandır.

"Ölü səs”lər və "karusel əməliyyatı”

Aprelin 2-də keçirilən parlament seçkilərini saxtalaşdıran hakim Respublika Partiyasının mer seçkilərini də eyni qayda ilə saxtalaşdırdığına dair kifayət qədər fakt qeydə alınıb. Misal üçün, 4/1 seçki məntəqəsində adı seçici kimi siyahıda olan Norayr Barseqyan əslində bir neçə il öncə vəfat etmiş şəxsdir. Bu, İrəvanın mer seçkilərində "ölü səs” metodundan kifayət qədər istifadə edildiyini sübut edir.

"Avropa hüquqlarının birləşməsi” klubunun üzvü Kristina Qeborkyan bildirib ki, seçkilər total saxtakarlıqla keçib: "Müşahidələrimiz göstərdi ki, parlament seçkilərində olduğu kimi, İrəvanın mer seçkilərində də saxtakarlıq pik həddə oldu. Bülletenləri nümayişkəranə sürətdə zərfdən çıxarır və hakim partiyanın namizədi Taron Marqaryanın adının qarşını işarələyərək, qutuya atırdılar. Bununla yanaşı, "karusel əməliyyatı” edilirdi, həmçinin, seçki kampaniyasında da ədalət prinsipi pozulmuşdu”.

Müşahidəçinin sözlərinə görə, "karusel əməliyyatı” üçün seçicilər "Z” taksi xidmətinin avtomobilləri və mikroavtobuslarla məntəqələrə gətirilirdi.

Sarkisyan jurnalisti döydürdü

"Azadlıq” radiosunun erməni xidmətinin əməkdaşı Sisak Qabrielyan hakim Respublika Partiyasının yerli qərargahlarının birində hücuma məruz qalıb. Jurnalist danışır ki, qərargahdaş çıxan bir şəxs çantadan pulları çıxararaq, vətəndaşlara paylayırdı.

"Mən onların birindən soruşdum: "Siz Taronu (hakim partiyanın namizədi-red) seçdiniz?”. Yaşlı qadın "Bəli, seçdilər, yuxarıda Allah var” deyə cavab verdi”, - jurnalist bildirib.

Qərargaha daxil olan jurnalist baş verənləri aydınlaşdırmaq istəyərkən, onu təhqir edərək, döyüblər.

Partiya lideri və qızı döyüldü

Saxtakarlığı qeydə almaq istəyən "Yerkir Sirani” partiyasının lideri Zarui Postandjyan isə hücuma məruz qalıb. Onun partiyasının qərargahına hücum edilib və özü ilə yanaşı, qızı döyülüb. Partiya liderinin qızı beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM