Mərdəkanda "Yeni Qala" dəmir yolu stansiyası salınacaq

11:37 | 08.01.2024
Mərdəkanda

Mərdəkanda "Yeni Qala" dəmir yolu stansiyası salınacaq

2027-cı ilə qədər Mərdəkan Regional Mərkəzdə yeni dəmir yolu xətti (Yeni Qala dəmir yolu stansiyası) salınacaq. Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.
 
Həmçinin bildirilib ki, tranzit yönümlü inkişaf yanaşmasına uyğun olaraq, əlavə mərkəzi funksiyaları öz üzərinə götürməsı üçün "Yeni Qala" dəmir yolu stansiyasının yaxınlığında geniş çoxtəyinatlı (qarışıq istifadə) ərazilərin inkişafı nəzərdə tutulur.
 
Hazırda ölkə üzrə Pirşağı-Sumqayıt, Sabunçu-Pirşağı, Bakı-Sabunçu, Bakı-Xırdalan-Sumqayıt, Ləki-Qəbələ, Gəncə-Ağstafa dəmiryolu xətləri fəaliyyət göstərir.
 
COVID-19 pandemiyası ilə əlaqədar bağlanan Astara (Azərbaycan)-Astara (İran) dəmiryolu xətti fəaliyyətini hələ də bərpa etməyib. 
 
2023-cü ilin dekabrın 12-də "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Cənub İstiqamətində yol infrastrukturunun durumunun keyfiyyətli xidmət göstərməyə imkan vermədiyini əsas gətirərək bu istiqamətdə qatarların fəaliyyətinin mümkünsüz olduğunu açıqlayıb. 
 
Azərbaycan Dəmir Yollarının sədri həmçinin vurğulayıb ki, hazırda Ağdamda dəmir yolunun tikilməsi istiqamətində işlər aparılır. 
 
Aygün Mirakif
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb