Merkel AŞPA-nın yaz sessiyasında iştirak edəcək

19:12 | 01.04.2021
Merkel AŞPA-nın yaz sessiyasında iştirak edəcək

Merkel AŞPA-nın yaz sessiyasında iştirak edəcək

Almaniyanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi münasibətilə kansler Angela Merkel və avropa işləri üzrə dövlət naziri Mixael Rot 19-22 aprel tarixlərində hibrid formatda keçiriləcək AŞPA-nın yaz sessiyasında iştirak edəcəklər.
"Report” xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.
Qeyd olunub ki, Avropa Parlamentinin sədri David Sassoli, Moldova Respublikasının prezidenti Maya Sandu və təşkilatın baş katibi Mariya Peyçinoviç Buriç də AŞPA-da çıxış edəcəklər.
Gündəlikdə Assambleyanın Avropa Şurasının strateji prioritetlərinə dair baxışının müzakirəsi də yer alır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb