Mərkəzi Bank tender elan etdi

10:07 | 02.02.2016
Mərkəzi Bank tender elan etdi

Mərkəzi Bank tender elan etdi

Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sisteminin yaradılması üçün tender elan edib.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, tender proseduru martın 1-də Mərkəzi Bankın inzibati binasında keçiriləcək.

İddiaçılar tenderdə iştirak haqqı kimi AMB-nin hesabına 200 manat məbləğində vəsait köçürməlidirlər. Bundan başqa, tender təklifinin qiymətinin 1%-i həcmində bank təminatı da olmalıdır.

Qeyd edək ki, xarici valyuta əməliyyatlarının aparılmasının avtomatlaşdırılmış monitorinq sistemi tender üzrə satınalma müqaviləsi imzalandığı gündən 6 ay ərzində imzalanmalıdır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb