Mərkəzi Bankdan “Bank of Baku” açıqlaması

16:36 | 05.03.2014
Mərkəzi Bankdan “Bank of Baku” açıqlaması

Mərkəzi Bankdan “Bank of Baku” açıqlaması

“Maliyyə vəziyyəti sabitdir”.

Azərbaycan Respublikasının Mərkəzi Bankı martın 4-də ölkənin ən böyük banklarından biri olan “Bank of Baku” ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.

ANN.Az xəbər verir ki, Mərkəzi Bankın məsələ ilə bağlı yaydığı açıqlamada qeyd olunur:

“Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bank tərəfindən guya “Bank of Baku” ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir.

Mərkəzi Bank bildirir ki, “Bank of Baku” ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur.

Bununla əlaqədar, Mərkəzi Bank bir daha bildirir ki, “Bank of Baku” ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə, gündəlikdə deyil”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM