Mərkəzi Bankın "Formula 1" qrafiki- VİDEO

09:54 | 11.06.2016
Mərkəzi Bankın

Mərkəzi Bankın "Formula 1" qrafiki- VİDEO

Məqsəd ölkəyə gələcək çoxsaylı turistlərin işini asan etməkdir.

"Formula-1" yarışları Mərkəzi Bankın da işinə təsir edəcək. Qurum iş vaxıtnı bankların iş rejiminə uyğun olaraq uzadıb. Nəticədə maliyyə təşkilatlarına daha çox nağd pul veriləcək.

ANS TV-nin verdiyi məlumata görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iş qrafiki uzadılıb və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub. AMB-dən verilən məlumata görə, iş qrafikinin uzadılması Bakı şəhərində "Formula -1" üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsini rahatlaşdıracaq.

Xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə xüsusi broşürlər Bakı şəhərinin otellərində yerləşdirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Bakının mərkəzində yerləşən bankların filial və şöbələri də gücləndirilmiş iş rejimində çalışacaq.

Bakıya gələcək əcnəbi qonaqların və eləcə də şəhər sakinlərinin bank, xüsusən də valyuta mübadiləsi xidmətlərinə rahat çıxışını təmin etmək məqsədilə Bakı Şəhər Halqası ətrafında və istirahət məkanlarının yaxınlığında yerləşən 34 bankın 90 filial və şöbəsi 10-21 iyun tarixlərində səhər saat 9:00-dan axşam 21:00-dək fəaliyyət göstərəcək.

Mərkəzi Bank iş qrafikini dəyişdi

Bu ilin əvvəlindən müstəqil fəaliyyət göstərən valyuta dəyişmə məntəqələri ləğv olunub. Bunun ən pis nəticəsi isə mart ayında Novruz tətili zamanı ölkəyə gələn turistlərin valyuta əldə etməklə bağlı yaşadığı problem olub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb