Mərkəzi Bankın valyuta ehtiyatlarında – ARTIM

13:05 | 03.06.2015
Mərkəzi Bankın valyuta ehtiyatlarında – ARTIM

Mərkəzi Bankın valyuta ehtiyatlarında – ARTIM

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları may ayının sonunda 8 milyard 430 milyon dollar təşkil edib.

Bu barədə Oxu.Az-a AMB-dən bildiriblər.

Məlumata görə, valyuta ehtiyatları aprel ayının sonu üçün olan göstərici (8 milyard 387 mln.) ilə müqayisədə 0,5% yaxud 42,9 milyon dollar artıb.

Qeyd edək ki, ötən ilin avqust ayının əvvəlindən indiyədək AMB-nin valyuta ehtiyatlarında yalnız azalma müşahidə olunub.

Beləliklə, son doqquz ayda Mərkəzi Bankın valyuta ehtiyatlarında ilk dəfədir ki, artım qeydə alınıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb