Mərkəzi Bankına yeni departament direktoru təyin edildi

12:30 | 14.04.2016
Mərkəzi Bankına yeni departament direktoru təyin edildi

Mərkəzi Bankına yeni departament direktoru təyin edildi

Hazırda AMB-nin strukturunda 24 departament var

Azərbaycan Mərkəzi Bankına yeni departament direktoru təyin olunub. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, Əli İsmayıl oğlu Əhmədov Bankın Bazar əməliyyatları Departamentinə direktor təyin olunub.

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə olan Nigar Ramiz qızı Məmmədova cari ilin 28 mart 2016-cı il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib. 

Hazırda AMB-nin strukturunda 24 departament var.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM