Səhnəmizin ilk "Hamlet"inin evi darmadağın edildi - FOTOLAR

12:15 | 18.05.2016
Səhnəmizin ilk

Səhnəmizin ilk "Hamlet"inin evi darmadağın edildi - FOTOLAR

Məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru Abbas Mirzə Şərifzadənin Mirzəağa Əliyev, 115 ünvanında yerləşən bina tamamilə sökülüb. Qeyd edək ki, bu bina "Sovetski"dəki 171 tarixi abidələrdən biri idi və onun sökülməyəcəyi deyilirdi.

1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində, ziyalı ailəsində anadan olan Abbas Mirzə bu binada anadan olduğu gündən vəfat etdiyi günə qədər yaşayıb. 

Abbas Mirzə Şərifzadə ilk dəfə 1908 -ci ildə Molyerin "Zorən Təbib" əsərində epizodik rolda oynayıb (o lal qız rolunu oynayıb). 

Daha sonra o, 1911-ci ildə ilk böyük rolunu ifa edib - Əbdürrəhim bəy Haqverdiyevin  "Ağa Məhəmməd Şah Qacar" faciəsinin əsas qəhrəmanı Qacar obrazı. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb.  

Aktyor  Hüseyn Cavidin və  Mikayıl Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılaraq, 1937 -ci ildə dekabrın  4 -də öz evində həbs olunub. Onu həbs edərkən, evində ciddi axtarış aparılıb və bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilib. Məşhur aktyor 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!". 

Fotoların müəllifi Fərqanə Novruzovadır
 


































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb