Məşhur Hollivud aktyoru İslamın müdafiəsinə qalxdı

14:56 | 06.10.2014
Məşhur Hollivud aktyoru İslamın müdafiəsinə qalxdı

Məşhur Hollivud aktyoru İslamın müdafiəsinə qalxdı

ABŞ televiziyasında yayımlanan "Real Tima With Bill Maher" komediya verilişinin sonuncu buraxılışı islamofobiyaya həsr olunub. ANN.Az xəbər verir ki, bu, qonaq olan aktyor Ben Afflekin heç də xoşuna gəlməyib.

Verilişin aparıcısı Bill Maher müsəlmanlığı "hər hansı bir mafiyanın üzvünün olması"na bənzədib. Verilişin qonağı olan publisist Sam Harris də aparıcının sözünə qüvvət verib və islam dinini cihat yaymaqda, radikallıqda günahlandırıb. Bu dialoq aktyor Ben Afflekin heç xoşuna getməyib və "bu söylədikləriniz çox çirkindir. Bu iyrəncdir, bu irqçilikdir"- deyə cavab verib.Uzun sürən mübahisədə jurnaist Nikolas Kristof da təhsil uğrunda mübarizə aparan müsəlman qızını - Məlalə Yusəfzayı nümunə göstərib. Bunun ardından Hollivud aktyoru Ben Afflek müsahibəyə son damğasını vurub. O, İraqın işğal olunmasına görə ABŞ-ı cərt tənqid edib: "Biz müsəlmanları bizi öldürdüyündən daha çox qırmışıq".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM