Məşhur rejissor dünyaya uşaq gətirdiyinə görə cəzalandırıldı

18:29 | 10.01.2014
Məşhur rejissor dünyaya uşaq gətirdiyinə görə cəzalandırıldı

Məşhur rejissor dünyaya uşaq gətirdiyinə görə cəzalandırıldı

Çində ölkənin bir uşaq siyasətini pozan məşhur kinorejissor Zhanq Yimou 7.5 milyon yuan (1.24 milyon dollar) məbləğində cərimə edilib. 

ANN.Az-ın "euronews.com"a istinadən verdiyi xəbərə görə, 2008-ci ildə Pekin Olimpiya oyunlarındakı təntənəli seremoniyaları ilə bütün dünyanın gözünü qamaşdıran Zhanq haqqında keçən il şayiələr yayılmışdı ki, onun ən azı 7 uşağı var və o, ən azı 160 milyon yuan (26.3 milyon dollar) məbləğində cərimə oluna bilər. Məhz bu şayiələr Zhanqın "ovlanmasında" əsas rol oynayıb. "Xinhua" xəbər agentliyinin yazdığına görə, keçən noyabrda Zhanqın yerini müəyyənləşdirmək mümkün olmayıb. 

Dekabr ayında isə Zhanq dünyaya 3 uşaq gətirdiyinə görə üzr istəyib və istənilən cəzanı qəbul edəcəyini bildirib. Rəsmilərin verdiyi məlumata görə rejissora cəriməni ödəmək üçün 30 gün vaxt verilib. Təyin edilən cərimə məbləği Zhanq və xanımının gəlirinə görə müəyyən edilib. 

Çin kinosunun "ərköyün oğlu" sayılan 61 yaşlı Zhanqın filmləri doğma vətənində qadağan edilsə də, xaricdə çox məşhurdur. Sarı mətbuatda onun aktrisaları ilə görüşdüyünə dair tez-tez şayiələr yayılırdı. Bunlara baxnmayaraq, rejissor kommunist partiyasının sevimlisi hesab edilir. 

Noyabr ayında Çin dövləti cütlüklərlə iki uşağa sahib olmağa icazə vermişdi, ancaq bircə şərtlə ki, valideynlərdən biri ailənin tək uşağı olmalıdır. Bu qərar ölkə əhalisini xeyli rahatladıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM