Məşhur rəsm əsərləri haqda bilmədiyiniz 10 maraqlı fakt

22:00 | 23.09.2014
Məşhur rəsm əsərləri haqda bilmədiyiniz 10 maraqlı fakt

Məşhur rəsm əsərləri haqda bilmədiyiniz 10 maraqlı fakt

ANN.Az dünya mətbuatına istinadən məşhur rəsm əsərləri barədə maraqlı faktları təqdim edir:

1.  "Əriyən saatlar" - Salvador Dali

Dali bu əsəri ilə bağlı heç bir açıqlama verməsə də, rəvayətlərə görə bu əsəri yaradarkən o, günəş işığında əriyən bir pendir kütləsini izləyərək ilhamlanıb.

2. "Mona Liza" - Leonardo da Vinçi

Araşdırmaçılar əsərdəki qadının Florensiyada varlı bir ailənin üzvü olan Lisa Gherardini olduğunu deyirlər. İddialara görə, Leonardo da Vinçinin atası ilə Lisa Gherardininin atası dost olub və rəssama bu rəsm üçün özəl olaraq tapşırıq verilib.

3. "Payız Ritmi" - Cekson Pollok

Mücərrəd rəssam Cekson Pollok bu tipli mücərrəd rəsmləri ilə məşhurdur. Əsərlərini nəhəng ölçüdəki rəsmləri yerə sərib üzərinə boyaları yavaş-yavaş damcıladaraq çəkib. Pollok bu əsərində boyaları damcıladarkən bıçaq, çubuq, kürək kimi alətlərdən istifadə edib.

4. "Gecə Quşları" - Edvard Hopper

Hopperin bu əsərini Nyu-Yorkdakı Qrinviç qəsəbəsində olan yeməkxanadan çıxarkən beynində ərsəyə gətirdiyi iddia olunur. Amma əsərdə gecə boyu açıq olan bir qəhvəxanadan yola çıxma təsvir olunub.

5. "Amerikan Qotiki" - Qrant Vud

Qrant Vud bu rəsmi ilk planladığı zaman qadın fiqur olaraq anasından istifadə etmək istəyib, amma saatlarla davam edəcək bu işdə anasını stresə salacağını düşünüb və bacısından istifadə edib.

6. "Kempbellin Şorba konservaları" - Endi Varhol

Endi Varholun bu əsəri 32 fərqli rəsmdən meydana gəlmiş bir dəst deməkdir. Hər bir rəsmdə Kempbelin bazara apardığı fərqli növ bir şorba təsvir edilmişdir.

7.  "Adəmin yaradılışı" - Mikalencelo

Mikalencelo bu əsərini Sikstin Kapellasının tavanına çəkməyib. Mikelancelo və köməkçiləri tavana çatmağı asanlaşdıran yeni bir körpü icad edərək bu əsərlərin tavana həkk edilməsini asanlaşdırıblar.

8. "Mirvari sırğalı qız" - Yohan Vermeer

Vermeerin bu əsərinin mövzusu tam tam olaraq bilinmir. Amma rəsmdəki qadının onun bacısı olduğu iddia olunur.

9. "Ulduzlu Gecə" - Van Qoq

Van Qoqun bu əsəri Saint-Remy-de-Provence adlı bir fransız qəsəbəsinin portretidir. Rəssam bu əsərini ruhi xəstəxanada ikən tamamlayıb.

10. "Sonuncu şam yeməyi" - Leonardo da Vinçi

Rəsmin orijinal vəziyyətində İsanın da ayaqları var. Amma 1652-ci ildə inşaat işçiləri bu tablonun altına qapı qoyarkən rəsmin o hissəsini ehtiyatsızlıqdan kəsiblər.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM