Məşhur yazıçı kəşfiyyatçı çıxdı - FOTO+VİDEO

21:09 | 31.08.2015
Məşhur yazıçı kəşfiyyatçı çıxdı - FOTO+VİDEO

Məşhur yazıçı kəşfiyyatçı çıxdı - FOTO+VİDEO

Forsayt: "Məşhurlaşandan sonra kəşfiyyat oraqanları mənimlə hesablaşmağa başladı".

İngilis yazıçı Frederik Forsaytun Böyük Britaniya kəşfiyyatı Mİ6-ın agenti olduğu məlum olub.

ANS PRESS-in məlumatına görə, yazıçı 20 ildən çox kəşfiyyat orqanları ilə əməkdaşlıq edirmiş.

Frederik Forsayt BBC-yə verdiyi açıqlamada bildirib ki, Nigeriyada müstəqillik müharibəsi davam etdiyi vaxt Mİ6-la əməkdaşlıq etməyə başlayıb.


Kəşfiyyatçi yazıçı - Frederik Forsayt

"Mən bunun qarşılığında nə maaş, nə də mükafat almamışam. Amma "Çaqqal günü" əsəri ilə məşhurlaşandan sonra kəşfiyyat orqanları mənimlə razılaşmağa başladılar. Nəticədə mən onlara məxsus bəzi sirlər öz əsərlərimdə qeyd edə bildim”.-deyə yazıçı bildirib. 

Əvvələr də çoxları onun kəşfiyyatçı ola biləcəyindən şübhələnib. Çünki 77 yaşlı yazıçının casusluq barədə nəşr etdirdiyi əsərləri həqiqətə çox yaxın olub.

Onun "Dumanlı Albion" əsərində kəşfiyyatla bağlı bütün həqiqətləri öz əksini tapıb. Frederik bildirib ki, əsas kəşfiyyat fəaliyyəti jurnalist kimi Afrikada işləyərkən olub.


Frederik Forsaytun-Kəşfiyyatçı işlədiyi vaxtlar

Forsayt 1971-ci ildə "Çaqqal günü" əsərinin nəşrindən sonra məşhur olmasına baxmayaraq, Mİ6 –ya kəşfiyyat məlumatları çatdırmağa davam edib. Əsas işlədiyi ölkələr isə Şərqi Almaniya və Cənubi Afrika Respublikası (CAR) olub.

Frederik Forsayt "Odessa günü", "Çaqqal günü", "Mənim həyatım” və başqa əsərlərin müəllifidir.


Onu məşhurlaşdıran - "Çaqqal günü" əsəri

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM