Məşhur yazıçılara ilham verən içkilər - SİYAHI+FOTOLAR

21:22 | 30.10.2014
Məşhur yazıçılara ilham verən içkilər - SİYAHI+FOTOLAR

Məşhur yazıçılara ilham verən içkilər - SİYAHI+FOTOLAR

1. İmmanuel Kant (1724-1804) - Çay və şərab 

Zaman planlamasına çox diqqət edən alman filosofu Kant səhərlər günə çayla başladığı deyilir. Onun içki ilə bağlı ilk seçimi "xoruzquyruğu" çay olub. Axşamlar isə qaynadılmış ətlə birgə şərab içərmiş. 2. Jeyn Ostin (1775-1817) - Şərab

İngilis yazar ağzınnı dadını yaxşı bilirmiş. Onun içdiyi yalnız fransız şərabı olub3. Onore de Balzaq (1799-1850) - Qəhvə 

Məşhur fransız yazıçı yuxusunun ərşə çəkilməsini istədiyi üşün gün ərzində 60 fincan qəhvə işdiyi deyilir. Yəqin ki, müasir günlərdə yaşasaydı, yazıçı bu xüsusiyyətinə görə, Ginnesin Rekordlar kitabına düşərdi.4. Edqar Allan Po (1809-1849) - Şampan

ABŞ ədəbiyyatında romantik hərəkatın banisi hesab olunan yazıçı 40 illik həyatı boyu buzlu şampan içməklə digərlərindən fərqlənib. Çünki, sadəcə özü də  romantik çəxs olub. 5. Henri Devid Toro (1817-1862) - Pivə 

"Bu dünyada su əvəzinə pivəmiz var... oduncunun bu içkisi bir adamın eyni anda həm havasını dəyişir, həm də onu təbiiləşdirir..." - deyən və insanlardan uzaqlaşıb bir gölün sahilində inşa etdirdiyi evində yaşayan Amerikan yazıçısı filosod, şair və naturalist kimi məşhurlaşan Toro evində pişik bəsləyər və onunla qarşılıqlı pivə içərdi.6. Oskar Uayld (1854-1900) - Absint

Yanlış zamanda və yanlış yerdə doğulduğu hesab olunan Oskar Uayld tam bir yaşil pəri heyranı olub Absint bakalının "dibindən" çıxmayanlardan biri olub.7. Con Tolkin (1892-1973) - Pivə

Yazıçı əsl pivə mütəxəssisi imiş. Dostları damaq dadını yaxşı bildiyinə görə hansı pivədən içmək üçün ondan məsləhətlər alırmışlar.Pivəyə asılılığı o qədər yüksək olub ki, pivə bardağı kolleksiyası belə toplayıb.8. Doroti Parker (1893-1967) - Martini

Əsəbi olan bu qadın ədəbiyyatda uğurlar qazanmasına baxmayaraq çox pessimist olub və gün ərzində sevimli içkisindən - martini kokteylindən (təxminən spirtlilik dərəcəsi 15-20 faiz olan şəraba şəkər, su, karamel və ədviyyat qatılır) ayrıla bilmirmiş.9. Uilyam Folkner (1897-1962) - Mint julep

"Viskidən kokteyl olurmu" - sualını verənlərə ən gözəl cavab Mint julep. Viskiyə nanə və digər elementlər qataraq koktel düzəldib içmək "Nobel"li yazıçının favoriti imiş. 10. Ernest Heminquey (1899-1961) - Mohito

Mohito içkisinin xəstəsi olan məşhur yazıçının əlindən bakalı heş vaxt düşməzmiş. Rahat və nəfis içkilərin atası hesab olunan Mohito dahi şəxsiyyətə əsərlərinin yaranmasında yol yoldaşlığı edib. 11. Çarlz Bukovski (1920-1994) - Pivə

Əlində pivə bakalı olmadan foto belə çəkdirməyə ürək eləməyən XX əsr yazıçısı. Hətta, deyilənlərə görə, o, su yerinə belə pivə içərmiş12. Cek Keruak (1922-1969) - Marqarita

Həm qələmi, həm də yaraşığı ilə qadınları ovsunlayan bu yazıçı zərif cins nümayəndələrinin könüllərini həm də öz əlləri ilə hazırladığı "Marqarita" kokteyli ilə alırmış. Tekila, limon suyu, portağal likürü və şəkərdən hazırlanan bu içki Cekin ilham mənbəyi imiş.Hazırladı NurayANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb