Messi ildə azı 18 milyon avro qazanacaq

23:56 | 28.01.2014
Messi ildə azı 18 milyon avro qazanacaq

Messi ildə azı 18 milyon avro qazanacaq

İspaniyanın "Barselona" klubunun yeni prezidenti Xosep Mariya Bartomeu hücumçu Lionel Messi ilə müqavilənin daha yaxşı şərtlər əsasında imzalanmasına razılıq verib.Trend-in məlumatına görə, Rusiya KİV-i çərşənbə axşamı "Marka" qəzetinə istinadən yazır ki, hazırda argentinalı futbolçu klubunda ildə 13 milyon avro alır. Bura 3 milyon həcmində bonuslar daxil deyil.Yeni müqaviləyə görə, Messi ildə 18 milyon avro alacaq. Bundan başqa ulduz futbolçu qazanılan titullardan asılı olaraq daha 3 milyon avro da qazana bilər.Qeyd edək ki, Kriştianu Ronaldo "Real"da bu qədər məvacib alır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM