Metroda YANĞIN

19:38 | 08.07.2016
Metroda YANĞIN

Metroda YANĞIN

Moskvada metro yandı
 
Sərnişinlərin mənzil başına çatması üçün pulsuz avtobuslar işə düşüb.
 
Bu gün səhər Moskva metrosunda texniki problem yaşanıb. Qatarların "Kotelniki" stansiyasından "Kuzminki" stansiyasına hərəkəti dayandırılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisəyə səbəb "Vıxino" yerüstü stansiyasında baş verən yanğın olub. Təxminən 100 kvadrat metr ərazi yanıb. Xəsarət alan olmasa da, stansiyanın inzibati ofisində elektrik kabeli yanıb.
 
Sərnişinlərə mənzil başına çatmasını təmin etmək üçün pulsuz avtobuslar işə salınıb. Stansiyanın yanması haqqında sosial şəbəkədə də paylaşımlar olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb