Metroda LGBT fərdlərini balta ilə hədələyən şəxsin yeni videosu yayılıb.
O, əməlindən peşman olmadığını bildirir və insanlardan dəstək istəyir.
"Mən metroya əlimdəki bu çəkicimlə girmişəm. Qaşını-gözünü alan oğlancıqların adını dilimə gətirmək istəmirəm. Hamı videomu paylaşır ki, balta ilə metroya girmişəm. Hər kəs öz işi ilə məşğul olsun. O oğlancıqlarda da dəstək olmayın", - o vurğulayıb.
Bakı metrosunda əlibaltalı şəxs peyda olub, bununla bağlı görüntülər sosial şəbəkədə iyulun 5-də paylaşılıb. Belə ki, əlində sellofana bükülmüş balta ilə gəzən şəxs LGBT fərdlərini hədələyir. O qeyd edib ki, əgər qarşısına belə bir şəxs çıxsa, baltalayacaq.
"Qaşını, üzünü alan adam görsəm, balta ilə başın kəsməsəm, adam deyiləm” - deyə kimliyi məlum olmayan şəxs yayılan birinci videoda söyləmişdi.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov anews.az-a açıqlamasında bildirib ki, həmin şəxsin axtarışları gedir.
"Biz də videonu bu gün görmüşük. Həmin şəxsin kimliyi barəsində məlumatsızıq. Araşdırıb həmin videonun doğru olub-olmadığını müəyyən edirik. Ətraflı məlumat verəcəyik", - sözçü deyib.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !