Anews.az-ın məlumatına görə, yeni naziri kollektivə Baş nazir Əli Əsədov təqdim edib.
M.Cabbarov 1976-cı ildə Bakıda anadan olub. O, 1992-1997-ci illər - Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.
1995-ci ildə bank sektorunda fəaliyyətə başlayıb. 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas kimi fəaliyyət göstərib. 1999-cu ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının üzvüdür.
2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazir müşaviri vəzifəsində çalışıb
.
2003-2004-cü illərdə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifələrində çalışıb. 2004-cü il isə iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin edilib.
Yeni İqtisadiyyat naziri 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə, 2013-cü ildə təhsil naziri, 2017-ci ildə isə Vergilər naziri vəzifəsinə təyinat alıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !