Yeni Departament rəhbəri kimdir? - FOTO

12:24 | 04.05.2018
Yeni Departament rəhbəri kimdir? - FOTO

Yeni Departament rəhbəri kimdir? - FOTO

Xəbər verdiyimiz kimi, Vergilər Nazirliyiyanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə rəhbər təyin edilib.

Azər Oqtay oğlu Məmmədov Vergilər Nazirliyiyanında yeni yaradılan İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamentinə baş direktor təyin edilib.

Modern.az-a məlum olub ki,Azər Məmmədovbu təyinatadək Xaçmaz Gömrük İdarəsində rəis vəzifəsində çalışıb.

Artıq Xaçmaz Gömrük İdarəsinə də yeni rəis təyinatı gerçəkləşib. Bu vəzifəyə Pərviz Rəhimov gətirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 aprel 2018-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədiləVergilər Nazirliyində yeni struktur -Vergilər Nazirliyiyanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti yaradılıb.

Departamentin yaradılmasında məqsəd maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanlarının fəaliyyətinə dəstəyin verilməsi və idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsidir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb