Milan teatrında Xocalı faciəsinə həsr olunmuş tamaşa

17:59 | 20.02.2015
Milan teatrında Xocalı faciəsinə həsr olunmuş tamaşa

Milan teatrında Xocalı faciəsinə həsr olunmuş tamaşa

İtaliyanın Milan şəhərinin "Teatro Filodramattici" teatrında Xocalı faciəsinə həsr olunmuş "Xocalıda Qırmızı Mələk" tamaşası səhnələşdiriləcək.

APA-nın xəbərinə görə, Lent.az-ın "Əsir düşərgəsi" layihəsinin epizodları əsasında hazırlanmış tamaşanın rejissoru Nihad İsadır.
 
Tamaşada tanınmış italyan aktyorları yer alıb. Tamaşa italyan dilində olacaq.

Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşəcək tamaşadan başqa, Milanda Xocalı faciəsinə həsr olunmuş sərgi də keçiriləcək. Sərgidə faciənin ağrılarını əks etdirən 40-a yaxın foto yer alacaq.
 
Bu gündən etibarən isə Milan şəhər nəqliyyatına məxsus 200-dək nəqliyyat vasitəsi xəttə Xocalı faciəsi haqqında stikerlərlə çıxıblar.
 
Şəhərin izdihamlı yerlərində faciə ilə bağlı bukletlər də paylanır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb