Millət vəkili seçicilərilə növbəti görüş keçirib

21:36 | 25.05.2016
Millət vəkili seçicilərilə növbəti görüş keçirib

Millət vəkili seçicilərilə növbəti görüş keçirib

Azərbaycan Milli Məclisinin deputatı Elşad Həsənov Yasamaldakı qərargahında seçicilərini qəbul edib.
 
17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən vətəndaşlar qəbul zamanı onları narahat edən müxtəlif səpkili məsələlər qaldırıblar. Görüş zamanı əsasən mənzil, təhsil, təqaüd, məşğulluq və digər sosial və hüquqi məsələlər müzakirə edilib. Seçiciləri bir-bir qəbul edən millət vəkili Elşad Həsənov onların  müraciətlərini qəbul edib.

Qəbul zamanı millət vəkili vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini qeyd edib.
 
Seçicilərlə görüş zamanı Elşad Həsənov ölkə rəhbərliyinin vətəndaşların sosial durumunun yaxşılaşdırılması ilə bağlı son dövrlərdə imzaladığı sərəncamlar barədə ətraflı məlumat verib, qəbul olunmuş qərarların insanların maddi rifahının yaxşılaşdırılmasına və ölkəmizin inkişafına təkan verəcəyini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir hissəsi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
 
Üç saata yaxın davam edən qəbulda Yasamal rayon sakinləri Elşad Həsənova onlarla görüşdüyünə və dəstəyə görə, minnətdarlığını bildiriblər.
Millət vəkili Elşad Həsənovun seçiciləri ilə görüşləri davam edir və 17 saylı Yasamal 3-cü seçki dairəsini təmsil edən sakinlər görüş üçün qeydiyyata düşə bilərlər.

Daha ətraflı məlumat: https://www.facebook.com/Hasanov-Elshad-169240596423345/

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb