“Milli cizgi filmlərimizin hazırlanması üçün dövlət tərəfindən yardıma ehtiyac var”

18:49 | 08.05.2014
“Milli cizgi filmlərimizin hazırlanması üçün dövlət tərəfindən yardıma ehtiyac var”

“Milli cizgi filmlərimizin hazırlanması üçün dövlət tərəfindən yardıma ehtiyac var”

“Prezident milli teleserialların çəkilməsi üçün zəruri addımı atdı, milli cizgi filmlərimizin meydana gəlməsi üçün də dövlət tərəfindən belə bir yardıma ehtiyac var”. Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib. N. Məhərrəmli bildirib ki, Azərbaycanda cizgi filmlərinin çəkilməsi ilə bağlı problem gündəmdə qalır: “Azərbaycanda uşaqlarla bağlı verilişləri, cizgi filmləri demək olar ki, yox dərəcəsindədir. Uşaqlarımız bu gün xarici cizgi filmlərinin tərbiyəsi altında böyüyürlər. Bu, indiki dövrdə Azərbaycan üçün qəbul edilən hal deyil. İstərdik ki, hər hansı formada Mədəniyyət və Turizm Nazirliyinə, kino sahəsində ixtisaslaşan qruplara cizgi filmlərinin çəkilməsi üçün vəsait ayrılsın. Əsas məsələ cizgi filmləri çəkən kadrların yetişməsi, sonra da cizgi filmlərinin çəkilməsidir. Biz demirik ki, 1 il ərzində bütün məsələləri həll edək. Amma bu problem həll edilməlidir”.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM