Millimiz Belçikaya məğlub oldu

18:51 | 27.09.2014
Millimiz Belçikaya məğlub oldu

Millimiz Belçikaya məğlub oldu

İtaliyada qadın voleybolçular arasında dünya çempionatı davam edir.

ANN.Az-ın Qol.Az-a istinadən məlumatına görə, Azərbaycan milli komandası bu gün qrupda dördüncü matçını keçirib.

Yığmamız bu dəfə Belçika millisi ilə qarşılaşacaq. Keçirdiyi üç görüşdən sonra 4 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan komandamız bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələyə yüksəlmək üçün yaxşı şans əldə edəcəkdi. Lakin yığmamız rəqibinə heç bir müqavimət göstərə bilməyib - 0:3.

Qrupun digər oyunlarında Yaponiya Puerto-Rikonu, Çin isə Kubanı sınağa çəkəcək.

Qeyd edək ki, qrupda Yaponiya və Puerto-Rikonu 3:2 hesabı ilə məğlub edən millimiz Çinə 0:3 hesabı ilə uduzmuşdu.

 

27 sentyabr

Dünya çempionatı, IV tur

 

13:30. Belçika – Azərbaycan - 3:0 (25:21, 25:12, 25:21)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM