"Miqrantlara münasibət Holokosta bənzəyir" - Avstriya kansleri

12:08 | 18.09.2015

"Miqrantlara münasibət Holokosta bənzəyir" - Avstriya kansleri

Avstriya kansleri Verner Faymann Macarıstanın miqrantlarla davranışını "Holokost”a bəznədib və Macar hökumətinin mühacirlərə qarşı göstərdiyi münasibəti nasizm zamanındakı hadisələrlə müqayisə edib.

AzVision.az "Der Spiegel” jurnalına istinadən xəbər verir ki, Faymann bildirib ki, "Macarıstanda insan hüquqları onların mənsub olduqları dindən dolayı aşağılanır, yəni müsəlman-xristian ayrı-seçkiliyi aprırlar. Bu isə qəbuledilməzdir. Macarıstan dövləti, başda prezident Viktor Orban olmaqla bur cür siyasəti şüurlu şəkildə, miqrantları ölkədən uzaqlaşdırmaq məqsədilə edirlər”.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto Avstriya kanslerinin sözlərinə reaksiya verərək bildirib ki, "21-ci əsr siyasətçisi üçün bu cür ifadələr bəyənilməyəndir”.

Avropa Birliyi ölkələrinin müzakirə etdikləri mühacir probleminə də münasibət bildirən Avstriya kansleri Verner Faymann qeyd edib ki, miqrant qəbulu ilə bağlı birlik ölkələri hər hansısa bir limit qoymağa çalışırlarsa, bunun üçün əvvəlcə çoxluğun razılığını qazanmalıdırlar.

"Əgər Avropa Birliyi ölkərindən biri miqrant qəbulu ilə bağlı məsuliyyəti öz çiyinlərindən atırsa, birliyi qaydaları daxilində cəzalandırılmalıdır”,– deyə Avstriya kansleri fikirlərinə yekun vurub.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb