Mirdamət Sadıqovun yazdığı ssenaridə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Azər Abbasovun rolu - VİDEO

21:11 | 10.03.2020
Mirdamət Sadıqovun yazdığı ssenaridə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Azər Abbasovun rolu - VİDEO

Mirdamət Sadıqovun yazdığı ssenaridə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini Azər Abbasovun rolu - VİDEO

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqovun barəsində sosial mediada müxtəlif səs yazıları yayılıb. Həmin səs yazılarından birində  Sadiqov jurnalistə onun barəsində yazılan neqativ yazının silinməsini xahiş edir. Bunun müqabilində jurnalistlə görüşüb "hörmət” edəcəyini də aydın şəkildə bildirir. Bələdiyyə seçkilərindəki saxtakarlığa və bələdiyyə özbaşınalığına da toxunan Sadiqov qeyd edir ki, bu problemləri qabartmasınlar. Qarşlığında lazımı qədər yaxşlıq edəcəyinə söz verir.

Lakin yayılan səs yazılarından və dərc olunan məqalədən bəlli olur ki, qarşı tərəf Mirdamət Sadıqovun təkliflərini rədd edir. Mövcud problemləri olduğu şəkildə dərc edir. Bundan çox narahat olan  icra baçşısı İsmayıllı rayonunda yerləşən müxtəlif dövlət idarələrində çalışan və  Sadıqova yaxınlığı ilə seçilən vəzifəli şəxslərlə birlikdə ssenari hazırlayırlar. Həmin ssenaridə iştirak edən rayon dövlət idarələrinin əməkdaşları "rayon sakini” rolunu oynayır. Həmin şəxslər rayon sakinləri və öz adlarından Mirdamət Sadıqovun şərəfinə təriflər yağdırırlar.  Az qala deyələr ki, İsmayıllı rayonun sosial-iqtisadi inkişafı, insanların yaxşı yaşaması, baş vermiş yaxşı hadislərin, tədbirlərin hamısı birbaşa Sadıqovun yürütdüyü siyasətin nəticəsidir.

Lakin kadrlardan da göründüyü kimi ssenari yazanlar, hazırlayanlar və rol oynayanlar gördüyü işini peşəkarcasına yerinə yetirə bilməyib. Videomaterial İsmayıllı rayon Mədəniyyət Mərkəzinin qabağında çəkilib. Sözügedən ssenari əsasında çəkilmiş kadrları sizə təqdim edirik. İzləyəndən sonra sizlərə daha təfərrüatı ilə izah edəcəyik:
 


İsmayıllı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən M.Sadıqovun reklam işində rayon sakinləri rolunu mədəniyyət işçiləri və məktəb direktoru oynayıb. Sözügedən videoda yer alan rayon sakinlərinin kim olduğunu təqdim edirik.
 

1. Rayon sakini Azər Abbasov - İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəis müavini



 
2. Rayon sakini Könül Baxışova - İsmayıllı rayon Mərkəzi Kitabxana Sisteminin müdiri.


 
 
3. Elçin Məlikov - İsmayıllı rayon Mədəniyyət Mərkəzində fotoqraf

 

 
4. Şəfaqət Rəsulov - İsmayıllı rayon 1 saylı şəhər məktəbinin direktoru

 
 
Çəkiliş zamanı arxa fonda kadra düşən xanım icra başçının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədovadır.
 

 
Kadrda görünən digər gənc xanım isə İsmayıllı rayon İcra Hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mirzəliyeva Gülnarədir.
 
 
 
Qeyd edək ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov Prezident İlham Əliyevin 5 mart 2020-ci il tarixli sərəncamı ilə vəzifədən azad edilib. 
 
Zaur Qənbərov

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM