Miri Yusifi necə döydülər?... - VİDEO

15:24 | 22.12.2014
Miri Yusifi necə döydülər?... - VİDEO

Miri Yusifi necə döydülər?... - VİDEO

"Youtube" sosial şəbəkəsindəki "Baku Music Factori" kanalında populyar müğənni Miri Yusifin "Ehtiyac" adlı yeni klipinin videosu yerləşdirilib (Musiqi: Miri Yusif, Emin Kərimi, söz: Miri Yusif). 

ANN.Az-ın "1news.az"a istinadən xəbərinə görə, ilk kadrlarda Mir Yusifin kloun görkəmində peyda olduğu klipin rejissoru Emin Mirabdullayevdir, o həmçinin "Ehtiyac" videosunun ssenarisinin də müəllifidir. 

Klipdəki səhnələrdən birində Miri Yusif küçə davasında döyülür, nəticədə xəstəxanalıq olur. 

Xatırladaq ki, klipin səhnələrindən biri xəstəxanada baş tutmuşdu, Miri Yusifin xəstəxanada çəkilmiş fotoları da sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu, hətta bəzi xəbər portalları müğənninin avtoqəzaya düşərək xəstəxanalıq olduğunu yazmışdılar. 

"Ehtiyac" klipinin videosunu oxucularımıza təqdim edirik. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM