Mirzə Fətəli Axundovun əsərləri Ukrayna dilində nəşr edildi

23:16 | 07.05.2014
Mirzə Fətəli Axundovun əsərləri Ukrayna dilində nəşr edildi

Mirzə Fətəli Axundovun əsərləri Ukrayna dilində nəşr edildi

 Azərbaycan prezidenti İlham Əliyevin Mirzə Fətəli Axundovun anadan olmasının 200 illiyinin qeyd olunması barədə sərəncamı ilə əlaqədar Azərbaycanın Ukraynadakı səfirliyi dahi Azərbaycan yazıçısı və mütəfəkkirinin seçmə əsərlərini Ukrayna dilinə tərcümə edərək kitab şəklində nəşr etdirib. Səfirlikdən APA-ya verilən xəbərə görə, M. F. Axundovun həyat və yaradıcılığı barədə məqalə, dahi mütəfəkkirin şerləri, məktubları, “Aldanmış Kəvakib”, “Kəmalüddövlə məktubları” və bütün dram əsərləri kitaba salınıb. Kitab Bakı Slavyan Universitetində müzakirə edilib və tərcüməyə müsbət rəy verilib. Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, Bakı Slavyan Universitetinin sabiq rektoru (hazırda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri), professor Kamal Abdullayev əhatəli ön söz yazıb. Kitabın tərcüməçisi ukraynalı tədqiqatçı Vasil Belotserkovski, redaktoru səfir Eynulla Mədətlidir. Kitab Kiyevdə “Dmitri Buraqo nəşriyyatı” tərəfindən nəfis şəkildə çap edilib. Nəşrə tanınmış azərbaycanlı iş adamı, Ukraynanın Sumı Vilayət Şurasının deputatı Əfqan Salmanov maliyyə dəstəyi verib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti