Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq

16:57 | 10.01.2014
Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq

Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq

Gəncədə XIX əsr görkəmli Azərbaycan şairi, xalq arasında "Gəncəli müdrik" kimi tanınmış Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq.APA-nın qərb bürosunun xəbərinə görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Gəncədə Mirzə Şəfi Vazehin adını daşıyan park təmir edilir və orada şairin muzeyi tikiləcək. Muzeydə şairin əsərləri, onun həyat və yaradıcılığını əks etdirən materiallar nümayiş ediləcək. Bundan başqa, parkda şairin heykəli də qoyulacaq. Yubiley çərçivəsində şəhərdə bir sıra tədbirlər də keçiriləcək. Qeyd edək ki, Mirzə Şəfi Vazeh 1794-cü ildə Gəncədə anadan olub, 1852-ci ildə Tiflisdə dünyasını dəyişib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb