Mirzə Şəfi Vazehin 220 illiyi qeyd olundu

12:03 | 25.09.2014
Mirzə Şəfi Vazehin 220 illiyi qeyd olundu

Mirzə Şəfi Vazehin 220 illiyi qeyd olundu

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli maarifçi-şair Mirzə Şəfi Vazehin 220 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirildi.ANN.Az xəbər verir ki, Mirzə Şəfi Vazehin 220 illiyi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncama uyğun olaraq təşkil olunan gecədə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək şairin həyat və yaradıcılığından, Azərbaycan ədəbi fikrində yerindən, klassik poeziyamızın inkişafında xidmətlərindən, maarifçilik ideyalarından söz açdı. Tiflisdə qəza məktəbində müəllim kimi fəaliyyət göstərən Vazehin burada dövrünün qabaqcıl adamları ilə ünsiyyətindən bəhs olundu. Alman səyyahı, Şərq poeziyasının tərcüməçisi Fridrix Bodenştedtlə tanışlığın şairin həyatında qoyduğu iz, əsərlərinin Avropada tanınmasının hansı keçməkeşli yol keçdiyi diqqətə çatdırıldı.Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-tərcüməçi İlqar Fəhmi şairin ədəbiyyatımızda xidmətlərindən söz açdı. Onun 1844-cü ildə yaratdığı "Divani-Hikmət" ədəbi məclisində azərbaycanlı şair və yazıçılarla yanaşı, başqa millətlərdən olan şairlər, yazıçılar, alimlər, səyyahlar də iştirak etdiyindən və beləcə Şəfinin hələ o zaman ölkə sərhədlərini aşan ədəbi əlaqələr meyllərindən danışdı. Çıxışlardan sonra tədbir ədəbi hissə ilə davam etdi. Aktyorların ifasında şairin seçilmiş şeir nümunələri, dillər əzbəri olan qəzəlləri səsləndirildi. Xalq artisti Mənsum İbrahimovun gözəl ifaları tədbir iştirakçılarının alqışlarını qazandı.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb