Mixael Şumaxerin səhhəti yaxşılaşır

14:34 | 14.04.2014
Mixael Şumaxerin səhhəti yaxşılaşır

Mixael Şumaxerin səhhəti yaxşılaşır

"Formula-1" üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin səhhəti gün keçdikcə, yaxşılaşır. 

ANN.Az-ın xarici mətbuata istinadən xəbərinə görə, bunu dünyaca məşhur idmançının meneceri Sabina Kem mətbuata açıqlamasında bildirib. Şumaxerin vəziyyətinin tam düzəlib-düzəlməyəcəyi ilə bağlı suala isə Kem belə cavab verib ki, bunu heç bir həkim müəyyən edə bilməz, hər bir hadisə individualdır. 

Ancaq o əlavə edib ki, zaman keçdikcə, idmançının səhhətində irəliləyiş gözə çarpır, o, ətrafında baş verənlərə reaksiya verir. Bu isə, ümid verir ki, onun vəziyyəti yaxşılaşacaq. 

Xatırladaq ki, Mixail Şumaxer 29 dekabr 2013-cü ildə Fransanın Alp dağlarında xizəklə sürüşərkən yıxılıb və kəllə-beyin travması alıb. İdmançı iki dəfə cərrahiyə əməliyyatına məruz qalıb, o, yanvar ayından bəri süni komadadır. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb