Moldova XİN rəsmisi Azərbaycana gələcək

14:58 | 24.01.2017
Moldova XİN rəsmisi Azərbaycana gələcək

Moldova XİN rəsmisi Azərbaycana gələcək

Fevral ayının sonunda Moldova xarici işlər nazirinin müavini Lilian Dariy Azərbaycana səfər edəcək.
 
APA-nın məlumatına görə, bunu Moldovanın Azərbaycandakı səfiri George Leuka deyib. O bildirib ki, L. Dariy Bakıda Azərbaycan-Moldova XİN-lər arasındakı siyasi məsləhətləşmələrdə iştirak edəcək.
 
Bu il həmçinin Azərbaycan-Moldova iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyasının iclası keçiriləcək. İclasda Moldova baş nazirinin müavini Oktavian Kalmık iştirak edəcək. İclas zamanı iqtisadiyyat, mədəniyyət və təhsil məsələləri müzakirə olunacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb