"Moody's" Qətərin kredit reytinqi üzrə proqnozunu azaldıb

13:20 | 05.07.2017

"Moody's" Qətərin kredit reytinqi üzrə proqnozunu azaldıb

Qətərlə bağlı qeyri-müəyyən vəziyyətin 2018-ci ilə qədər uzanması ehtimal edilir.

"Moody's" beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqi üzrə proqnozu "stabil"dən "neqativ"ə endirib.

"Report" "Moody's"ə istinadən xəbər verir ki, buna səbəb kimi Qətərin Fars körfəzində yerləşən Ərəb ölkələri əməkdaşlıq Şurasına daxil olan müttəfiqləri ilə yaranan münaqişə nəticəsində iqtisadi və maliyyə risklərinin artması amili göstərilib. Bu ölkələr Bəhreyn, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ).

Agentliyin məlumatında bildirilir ki, Qətərlə bağlı qeyri-müəyyənliyin 2018-ci ilə qədər uzanması ehtimalı xeyli yüksəlib. Yaxın aylarda bu münaqişənin həll olunması mümkün görünmür.

Xatırladaq ki, bir qədər əvvəl "S&P" beynəlxalq reytinq agentliyi də Qətərin uzunmüddətli reytinqini "AA" səviyyəsindən "AA-" səviyyəsinə endirib.

Qeyd edək ki, bu ilin iyunun 5-də S.Ərəbistanı, BƏƏ, Bəhreyn, Misir, Liviya və Yəmən Qətərlə diplomatik, ticarət və nəqliyyat əlaqələrini kəsib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb