Moskvada azərbaycanlı kriminal avtoritet tutuldu

17:43 | 13.11.2013
Moskvada azərbaycanlı kriminal avtoritet tutuldu

Moskvada azərbaycanlı kriminal avtoritet tutuldu

Onun “Lotu Quli”nin adamı olduğu bildirilirRusiyanın paytaxtı Moskva şəhərində kriminal aləmdə məşhur olan Razim Əhmədov saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istiandən verdiyi məlumata görə, 26 yaşlı azərbaycanlı aftoritet yaşadığı mənzildə ələ keçib. Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən verdiyi məlumata görə, onun saxlanılmasında 2 dəstə xüsusi təyinatlılar iştirak edib.Qeyd edək ki, Razim Əhmədov adam oğurluğu ilə məşğul olan qruplaşmanın lideri hesab olunur. “Lotu Quli” ləqəbli “qanuni oğru” Nadir Səlifovun yaxın adamı olduğu bildirilir. Müəyyən edilib ki, hazırda ölkəmizdə həbsdə olan “Lotu Quli” Rusiyada etnik qruplaşmaların fəaliyyətlərinə nəzarət edir. Həmin qruplaşmalar isə öz sahibkar həmyerlilərinin oğurlanması ilə məşğul olurlar. Razim Əhmədov qrup lideri olaraq “Lotu Quli”nin adından etnik mütəşəkkil cinayətkar qrupların liderlərinə tapşırıqlarını çatdırıb və onlara nəzarəti həyata keçirib.ANS PRESS
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb