Moskvada terror aktının qarşısı alındı

14:59 | 27.07.2020
Moskvada terror aktının qarşısı alındı

Moskvada terror aktının qarşısı alındı

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva vilayətinin Ximki şəhərində paytaxt Moskvada vətəndaşları kütləvi şəkildə güllələməyə və Suriyada terrorçuların sıralarına qoşulmağa hazırlaşan terrorçunu zərərsizləşdirib.

Anews.az "Report”un Rusiya bürosuna istinadən verdiyi məlumata görə, bu barədə FTX-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, güc strukturları nümayəndələri Ximkidə tərk edilmiş qarajlar olan ərazidə şübhəli şəxs aşkar ediblər.

O, saxlanılacağını və sorğu-sual ediləcəyini anlayınca qarşı tərəf atəş açıb. Cavab atəşi ilə silahlı məhv edilib. Şəxsin üzərində baxış keçirilərkən avtomat silah və qumbara aşkar olunub.

Cinayətkarın Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olduğu ortaya çıxıb. Onun Moskvada kirayədə yaşadığı evdə suriyalı terrorçularla əlaqəli olduğunu və terror hücumu hazırladığını sübut edən sənədlər tapılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM